İRNA-nın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə (WAS) istinadən verdiyi məlumata görə, görüşdə tərəflər İran və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq və birgə fəaliyyətlərin gücləndirilməsi yollarını, həmçinin tərəfləri maraqlandıran məsələləri, o cümlədən Fələstin məsələsi, Əfqanıstandakı vəziyyət və təşkilatın islamofobiya məsələsi ilə mübarizə səyləri müzakirə edilib.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının illik iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan ölkəmizin Xarici İşlər naziri müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmiləri ilə görüşüb, ümumi maraq doğuran məsələləri müzakirə edib və fikir mübadiləsi aparıb.
Sizin rəyiniz